Məhəmməd əl-Başir Suriya keçid hökumətinin rəhbəri təyin edilib.
Tribunainfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı əl-Başir özü açıqlayıb.
Onun sözlərinə görə, 2025-ci il martın 1-nə qədər bu vəzifəni icra edəcək.
Onu da xatırladaq ki, Suriyada müxalifət qüvvələri noyabrın 27-də başlayan sürətli hücumu dekabrın 8-nə keçən gecə başa çatdıraraq Dəməşqi ələ keçiriblər.