AZ

"Poçt şöbələrindəki problemlər həll olunmalıdır" —Hüquqşünas

 Azərbaycan Mərkəzi Bankı (AMB) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin 10 filialının bank fəaliyyəti üçün lisenziyasını ləğv edib. Məlumata görə, lisenziyası ləğv edilən poçt filialları Abşeron, Qəbələ, Qobustan, Balakən, Oğuz, Qax, Naftalan, Daşkəsən, Göygöl və Samuxda yerləşirlər. Bununla da bank lisenziya almış poçt filiallarının sayı 28-ə enib. 

AMB-nın qərarına hüquqşünas Əkrəm Həsənov münasibət bildirib.

O, Demokrat.az- açıqlamasında deyib ki, regionlarda əhalinin maliyyə xidmətlərinə çıxışının olması üçün ən yaxşı yol “AzərPoçt”un şöbələridir:

“Demək olar ki, hər yaşayış məntəqəsində poçt şöbəsi var. Bank xidmətləri müxtəlifdir – pul köçürmələri, əmanətlər, amma kredit verilməsinə isə icazə yoxdur poçtlarda. Bu məsələ isə vacibdir. Poçtlardan lisenziyaların alınması yaxşı hal deyil ümumilikdə. Çünki bu, dediyim kimi əhalinin bank xidmətlərinə əlçatanlığını məhdudlaşdırır. Həmin qərarın verilməsinin səbəbini isə bilmirik, ola bilər ki, həmin poçt şöbələrinin texniki imkanları buna yol vermir. Amma yaxşı olardı ki, problemlər varsa da, həll olunsun. Çünki əhali daim şikayət edir ki, banklarla bağlı prosedurları icra edə bilmirlər”.

Törə Zeynallı
Demokrat.az

Seçilən
34
demokrat.az

1Mənbələr