AZ

Azərbaycan Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına töhfə verməyə hazırdır - Rəsmi Bakı

Azərbaycan Respublikası qardaş Türkiyə Respublikası və digər həmfikir tərəfdaşlarla birlikdə Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına töhfə verməyə hazırdır.

Olaylar xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Suriyada son vəziyyətlə bağlı bəyanatında deyilir.

"Eyni zamanda, Azərbaycan Respublikasının Suriyada səfirliyinin mövcud olmamasına baxmayaraq, Suriyada Azərbaycan vətəndaşlarının sayının və yerinin müəyyən edilməsi istiqamətində iş aparılır. Azərbaycan Respublikası həmçinin 2020-ci ildən başlayaraq Türkiyə Respublikasının ərazisi vasitəsilə həyata keçirilməkdə olan vətəndaşlarımızın Suriya Ərəb Respublikasından ölkəmizə repatriasiyasıyası işini davam etdirəcək", -bəyanatda qeyd olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
11
1
olaylar.az

2Mənbələr