AZ

Maraqlıdır, Putin Bəşər Əsədi niyə xilas etdi..?

...Qısa bir zəfərlə başlayan Suriya macərası sürətlə uğursuzluqla başa çatdı. Rusiya Suriyanı xilas edə bilmədi, amma diktator Əsədi xilas etdi. Belə ki, bir müddət bundan əvvəl o, ailəsi ilə birlikdə Moskvaya gəlib.

Bir tərəfdən, Putin yüksək səviyyəli siyasi tərəfdaş mövqeyinin və istər-istəməz belə bir mövqedən gələn məsuliyyətin öhdəsindən gələ bilmədi: o, özünə sadiq bir rejimi dağılmaqdan xilas etmədi və onun uğrunda mübarizə apardığı ərazini qorumadı.

...Nə bilmək olar, bəlkə də qoruya bilmədi..?

...Amma digər tərəfdən minimum da olsa plan yerinə yetirildi və Bəşər Əsəd taleyin üidinə buraxılmadı. Mühafizə ilə bağlı əvvəlki müqavilələri unutmadan xilas oldu.

Və bu, müasir Rusiyanın əsas sirrindən məxfilik pərdəsini uçuran mühüm məqamdır:

Maraqlıdır, indi Vladimir Putin nə haqqında düşünür və nə istəyir?

Bu sualın cavabı belə zahirən bağlı görünən qərarlarda tapılır..? Axı, açığını desək, Əsədi xilas etmək mümkün deyildi. Siyasi subyekt kimi o, sona çatıb və arxasında boş bir qabıqdan başqa heç nə buraxmayıb.

...Və bir müddət xarici nəşrlərdə yazıldığı kimi, o, “artıq tarixin zibil qutusuna atılıb”..?

...O zaman sual oluna bilər, bəs, onda Putin onu niyə xilas edib? (...hə, burada adamın yadına bizim o..."O olmasın, bu olsun" filmindəki həmən o mükalimə yada düçür..."yaxşı onda bəs Rüstəm bəy Məşədi İbadın nəyinə..." -A.B.)

Əlbəttə ki, bu emosional motivlərdən və başqasının taleyi ilə bağlı narahatlıqlardan deyil.

…Suriyanı xilas etmədilər, yaxşı, heç olmasa səni xilas edək, ay yazıq....

Əslində bu ritorika əsassızdır, o siyasi yüksəklikdə olan insanlar çox uzun müddətdir ki, sırf şəxsi mənfəət güdürlər ki, bunun nə olduğunu başqaları xatırlasınlar.

Baxmayaraq ki, Vladimir Putin kimi insanlara nəsə yad deyil. Yalnız bu, başqalarının qayğısına qalmaqda deyil, özünə qayğı göstərməkdə özünü göstərir. Rusiya prezidenti keçmiş suriyalı həmkarına sığınacaq verəndə Əsədin taleyi haqqında o qədər də düşünmür, əksinə, özünə qsaman “çöpü tökür”..?

SİA burada haşiyə çıxaraq bildirir ki, bu fikri biz yox, bir müddət bundan əvvəl Sank Peterburqlu jurnalist Andrey Okun səsləndirib.

Əsədin Moskvada xilas edilməsi praktiki olaraq ictimai bəyanatdır. Bu belədir: “İnqilab inqilabdır, lakin rejimlərin devrilməsindən daha vacib olan şeylər var: ən yüksək siyasi elitanın həyatı, nə olursa olsun toxunulmaz qalmalıdır”.

Putin Əsədi xilas etməklə, kritik vəziyyət yaranarsa, o da tərk edilməyəcəyi ümidi ilə özünü xilas edir. Bunu heç kim deyə bilməz, amma bu mövqe hərəkətlərdə, bəyanatlarda özünü göstərir.

Yenə də qeyd edim ki, elə bu fikirlər də Sank Peterburqlu jurnalistə məxsusdur.

Əli Babayev

Seçilən
37
sia.az

1Mənbələr