AZ

ABŞ Rusiyanın vəsaiti hesabına Ukraynaya 20 milyard dollar kredit verir

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ Maliyyə Nazirliyi Qərbdə dondurulmuş Rusiyanın aktivlərindən əldə edilən gəlirlərdən Ukraynaya 20 milyard dollar kredit ayrıldığını açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Qurumun bəyanatında qeyd edildiyi kimi, bu, G7 ölkələrinin Kiyevə 50 milyard dollar kredit ayırması təşəbbüsünün bir hissəsidir.
"Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlə ödənilən bu vəsaitlər Ukraynaya kritik dəstək verəcək", - deyə ABŞ-nin maliyyə naziri Canet Yellen bildirib.
O əlavə edib ki, Vaşinqton Rusiyaya qarşı sanksiyaları sərtləşdirmək niyyətindədir.
Seçilən
48
15
oxu.az

10Mənbələr