AZ

“Bu, Bəşər Əsədin şəxsi qərarı idi”

“Suriyanın keçmiş prezidenti Bəşər Əsəd vəzifəsini tərk etmək qərarını özü şəxsən qəbul edib”.
 
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu barədə jurnalistlərə açıqlamasında danışıb.
 
Peskova Rusiyanın Əsədin istefasında iştirak edib-etmədiyi sualı ünvanlanıb: “Dövlət başçısı vəzifələrinin icrasından uzaqlaşmaq Əsədin şəxsi qərarı idi”, - deyə Peskov cavab verib.
 
Xatırladaq ki, bundan əvvəl də Bəşər Əsədin Moskvaya qaçdığı və Rusiyadan sığınacaq aldığı bildirilib.
Seçilən
53
13
moderator.az

10Mənbələr