Koreyanın həbsdə olan sabiq müdafiə naziri intihara cəhd edib
Koreya Respublikasının keçmiş müdafiə naziri Kim Yon Hyun həbsxanada olarkən intihara cəhd edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Bildirilib ki, onun səhhəti hazırda normaldır.
Xatırladaq ki, dekabrın 3-də axşam Cənubi Koreya prezidenti Yun Sok Yol “Şimali Koreya tərəfdarı olan ünsürlərə” və parlament müxalifətinin hərəkətləri nəticəsində icra hakimiyyətinin iflic vəziyyətinə düşməsinə qarşı mübarizə məqsədilə hərbi vəziyyət tətbiq edib. Dekabrın 4-də müxalifət parlamentdə hərbi vəziyyət üçün əsas olmadığından prezidentin konstitusiyanı pozduğunu hesab edərək impiçment proseduruna başlayıb. Dekabrın 7-də Koreya Respublikası Parlamentində hakim partiyanın səsverməni boykot etməsi səbəbindən elan olunmayan prezidentin impiçmenti ilə bağlı səsvermə keçirilib.