AZ

Laboratoriyadan 323 flakon ölümcül virus oğurlanıb

Laboratoriyadan

Avstraliyanın Kvinslend ştatında ictimai səhiyyə laboratoriyasından Hendra, Lyssavirus və Hantavirusa aid 323 flakon ölümcül virus yoxa çıxıb.

Reyting.az
xəbər verir ki, itirilən nümunələrin məhv edildiyi vurğulansa da, bu proses qeydə alınmayıb.

Kvinslend Xalq Sağlamlığı Virusologiya Laboratoriyasından oğurlanmış 323 flakon virus nümunəsini tapmaq mümkün olmayıb. Səhiyyə naziri Tim Nicholls hadisəni “bioloji təhlükəsizlik protokolunun ciddi şəkildə pozulması” adlandırıb və tam təhqiqat elan edib.

Təhqiqatı Ali Məhkəmənin təqaüdçü hakimi Martin Daubney aparacaq. Bundan əlavə, əvvəllər Virusların İdentifikasiyası Laboratoriyasının rəhbəri olmuş Julian Druke də prosesə cəlb edilib.

Nazirlik oxşar hadisənin təkrarlanmaması üçün tədbirlər gördüyünü açıqlayıb.

V. QULİYEV

Seçilən
44
reyting.az

1Mənbələr