AZ

Yeni il "yolka"sı bəzəyirdi - faciəli şəkildə öldü

Rusiyanın Sankt-Peterburq şəhər sakini evdə yolka bəzəyərkən dünyasını dəyişib.

Gundem.az Lent.az-a istinadla bildirir ki, zərərçəkən Kollontay küçəsindəki mənzildən Aleksandr xəstəxanasına yerləşdirilib. Həkimlər 51 yaşlı xəstəyə kəllə-beyin travması diaqnozu qoyublar. Onu xilas etmək mümkün olmayıb. Kişi tibb müəssisəsinə gətirildikdən 50 dəqiqə sonra dünyasını dəyişib.

Mərhumun həyat yoldaşı hüquq-mühafizə orqanları ilə söhbəti zamanı bildirib ki, əri yeni il yolkasını bəzəyərkən yıxılıb, nəticədə başı radiatora dəyib. 

Seçilən
20
3
gundem.az

4Mənbələr