AZ

Azərbaycan Silahlı Qüvvələrinin hərbçisi odlu silahdan açılan atəş nəticəsində dünyasını dəyişib » AzadMedia.az


Azərbaycan ordusunun hərbi qulluqçusu Cəfərli Tarıverdi Zaur oğlu odlu silahdan açılan atəş nəticəsində dünyasını dəyişib. Bu barədə hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, böyük ədliyyə müşaviri Firad Əliyev məlumat verib.
Onun sözlərinə görə, Azərbaycan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu Cəfərli Tarıverdi Zaur oğlunun odlu silahdan açılan atəş nəticəsində həlak olması barədə Naxçıvan Hərbi Prokurorluğuna məlumat daxil olub.

Daxil olan məlumat əsasında Naxçıvan Hərbi Prokurorluğunun və Azərbaycan Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib.

Fakta görə Naxçıvan MR Hərbi Prokurorluğu tərəfindən Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanmış, şahidlər dindirilmiş, müxtəlif ekspertizalar təyin edilmiş və digər istintaq hərəkətləri həyata keçirilmişdir.

İstintaq davam edir.
Seçilən
33
33
azadmedia.az

10Mənbələr