Cari ilin yanvar-sentyabr aylarının nəticələrinə əsasən, Azərbaycana pul köçürmələrində Rusiya lider mövqedədir.
Kommersant.az-ın məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika departamentinin direktoru Samir Nəsirov media brifinqində bildirib.
"2024-cü ilin yanvar-sentyabr aylarının nəticələrinə əsasən, Azərbaycana pul köçürmələri üzrə ilk beşliyə Rusiya – 411 milyon dollar, Türkiyə – 130 milyon dollar, ABŞ – 48 milyon dollar, Gürcüstan – 27 milyon dollar və Böyük Britaniya – 26 milyon dollar daxildir", – deyə S.Nəsirov qeyd edib.