AZ

Tramp 77 yaşlı milyarderi Türkiyəyə səfiri təyin etməyi planlaşdırır

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp ölkənin Türkiyədəki səfiri vəzifəsinə 77 yaşlı milyarder investor Tomas Barakın namizədliyini irəli sürüb...

Poliqon xəbər verir ki. bu barədə o, "Truth Social" sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

"Tom Barak bizim Türkiyədəki növbəti səfirimiz olacaq", deyə Tramp vurğulayıb.

Tomas Barak Trampın 2016-cı il prezidentlik kampaniyasının baş məsləhətçisi olub və onun inaqurasiya komitəsinin sədri vəzifəsində çalışıb. O, "Colony Capital" investisiya firmasının qurucusu, Trampın yaxın dostu və onun inaqurasiya komitəsinin keçmiş sədridir.

Dekabrın əvvəlində Amerikanın The Wall Street Journal qəzeti yazmışdı ki, Tramp Florida qubernatoru Ron DeSantisi müdafiə postuna seçibDaha əvvəl isə Tramp bu posta Fox News-un aparıcısı Pit Heqseti təyin etmək istəyirdi. Amma onun bu planı tənqidlərə səbəb olub.

Amerikanın New Yorker jurnalı Heqseti əvvəlki işlərində çoxlu günahlarda, o cümlədən alkoqol aslılığında, təcavüzdə və şəxsi xətalarda ittiham edib. Heqseti isə Pentaqon rəhbəri təyin ediləcəyi təqdirdə, spirtli içkilərdən uzaq olacağını bildirib.

ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçirilib. Bu vəzifə üçün Demokratlar Partiyasının namizədi Kamala Harris və Respublikaçılar Partiyasının nümayəndəsi Donald Tramp mübarizə aparıb. Qələbə qazanmaq üçün siyasətçilərdən biri ən azı 270 seçici səsini toplamalı idi. Səsvermənin nəticələrinə görə, Tramp 312, Harris isə 226 səs toplayıb. ABŞ-ın 47-ci prezidentinin andiçmə mərasimi 2025-ci il yanvarın 20-də baş tutacaq.

Poliqon.info

Seçilən
21
1
poliqon.info

10Mənbələr