AZ

İsrail ordusu Dəməşqə girməyə hazırlaşır: 51 il sonra

Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra Colan təpələrində bufer zonanı zəbt edən İsrail 51 ildən sonra bölgədə irəliləyişini davam etdirir. 

Paytaxt Dəməşqə yaxınlaşan İsrail ordusu 300-dən çox hava hücumu təşkil edərək bölgəyə nəzarəti ələ keçirmək üzrədir. 

“Cebheinfo.az” xəbər verir ki, Suriyanın silah anbarları, raket başlıqları və döyüş təyyarələrinə İsrailin hava zərbələri endirməsindən sonra rəsmi Təl-Əvivin bu obyektlərin yerini necə öyrənməsi ilə bağlı maraqlı məlumatlar yayılıb. 

Qeyd edilir ki, keçmişdə Əsəd ordusunda xidmət etmiş və hazırda müxalifət tərəfində döyüşən kəşfiyyat komandirlərinin belə bilmədiyi hərbi obyektlərin yerini İsrailin əldə etməsi diqqəti cəlb edib. Sabiq prezident Bəşər Əsədin Suriyadan qaçarkən təyyarəsinin vurulmaması və hava məkanında heç bir maneə ilə qarşılaşmaması müqabilində bu yerlərin siyahısını İsrailə verdiyi iddia edilir. İsrailin bu zəmanəti aldıqdan sonra Əsədin qaçmasına icazə verdiyi bildirilir. 

Seçilən
60
27
cebheinfo.az

10Mənbələr