AZ

“Qida dəyəri baxımından qoyun və quzu ətləri arasında fərq yoxdur” – Rasif Bağırov

Yazını böyüt
Yazını kiçilt

“Qida dəyəri baxımından qoyun və quzu ətləri arasında heç bir fərq yoxdur. Əvvəla, məsləhətdir ki, heyvanın yaş qrupuna diqqət yetirilsin, kiçik olmasın. Bu Qurani-Kərimdə də belə buyrulub. İkincisi, quzu ilə qoyun əti arasında elə bir böyük fərq yoxdur. Sadəcə, qoyun əti, xüsusilə erkək qoyun bir az yaşlı olduğuna görə əti sərt olur. Quzuların əti isə yupyumşaq olur və asan həzmə gedir. Bağırsaqlar qocalmır”.

Bu fikirləri Hafta.az-a açıqlamasında həkim-terapevt Rasif Bağırov bildirib.

Onun sözlərinə görə, sadəcə digər ət növləri kimi qoyun və quzu əti də sanitar-gigiyenik qaydalara uyğun şəkildə tədarük edilməlidir: “Ət müvafiq qaydalara uyğun istehlak edilmədiyi təqdirdə bir sıra virus, mikroorqanizm və parazit mənşəli təhlükəli zoonoz xəstəliklərin və qida toksikoinfeksiyalarının mənbəyi ola bilər. Odur ki, müvafiq müşayiətedici baytarlıq sənədləri olmayan heyvanların kəsiminə yol verilməməlidir. Həmçinin ətin satışı sanitar-gigiyenik tələblər çərçivəsində həyata keçirilməli və ya evlərə təhlükəsiz çatdırılması təmin olunmalıdır. Bir daha xatırladıram kimsə deyə bilməz ki, quzu əti yeyim, daha faydalı olsun. Quzunun da qoyunun da kimyəvi tərkibi, qida dəyəri eynidir. Sadəcə, ət sanitar-gigiyenik qaydalara uyğun şəkildə tədarük edilməlidir”.

Seçilən
23
hafta.az

1Mənbələr