AZ

Azərbaycan bu il xalis maliyyə aktivlərini 1,3 milyard dollardan çox artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın xalis maliyyə aktivləri 1 milyard 390,9 milyon ABŞ dolları artıb.

“Far.Az” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilin eyni dövründə xalis maliyyə aktivlərində 345,1 milyon ABŞ dolları azalma olub.

9 aylıq artım xaricə yönəldilmiş birbaşa investisiyaların 584 milyon ABŞ dolları artması (illik müqayisədə 3 dəfə az), portfel investisiyalarının 724,5 milyon ABŞ dolları artması (9,6 dəfə çox), digər investisiyaların isə 82,4 milyon ABŞ dolları artması (1 il bundan əvvəl azalma olub) hesabına baş tutub.

Seçilən
17
2
far.az

3Mənbələr