AZ

Samuxda yanğını söndürmək istəyən ev sahibi xəsarət aldı - FOTO

Samuxda yaşayış evində yanğın zamanı 65 yaşlı kişi xəsarət alıb.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Köbər kəndində səhər saat 04:00 radələrində Abit Qasımova məxsus evdə baş verib.
 

Yanğın başlayan kimi evdə olan 7 ailə üzvü çölə çıxıb. Şahidlərin sözlərinə görə, ailə başçısı 1959-cu il təvəllüdlü A. Qasımov yanğını söndürmək istəsə də bunu bacarmayıb. Əvəzində 65 yaşlı kişinin əli, üzü müxtəlif dərəcəli dərəcəli yanıq xəsarətləri alıb.


Hadisə zamanı ümumi sahəsi 180 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları təmamilə yanıb.

Hadisə yerinə Samux rayon yanğından mühafizə bölmələrinin texnikası və canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürülüb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub.







Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

phrase_var_article.chosen
31
6
bizim.media

7phrase_var_article.sources