AZ

Yeni Günəşlidə "Məkan" MTK Qazinin iş yerini yerlə-yeksan etdi - Fotolar » AzadMedia.az


İctimai fəal Haldun Novruzzadə yazır:
"Dostumuz, Sərxan Bünyadov var İkinci Qarabağ Müharibəsi iştirakçısıdı. Özü də maşın elektrikidi. Müharibədən əvvəl balaca qaraj kirayə götürüb orda Elektrik işləyirdi. Müharibəyə getdi gəldi, Suraxanı rayon eks İcra Başçısı Qaraj tikmək üçün Sərxana yer verdi, Sərxan sənədlərini düzəltdi, tikinti üçün lisenziyasını aldı və həmin yerdə özünə qaraj tikdi. Müraciət etdi Dövlət Məşğulluq idarəsinə, sağolsunlar Elektrik avadanlıqları ilə təchiz etdilər, bir qismini də özü kreditlə aldı və yenidən öz işinə başladı. Bir gün qarajın yanında “Məkan MTK” adlı bir şirkət bina tikməyə başladı, gəlib içi Sərxan qarışıq heç bir kompensasiya təklif etmədən qaraj sahiblərinə deyib ki, çıxın burdan, buranı almışam halbuki o insanların əllərində sənədlər var. Bunlar etiraz edib. Səhəri gün Sərxan gəlib görüb ki, gecə ilə Qarajını Buldozerlə söküblər, bütün avadanlıqları, bütün əşyaları hamısı qırıq qırıq olub, qalıb dağıntıların altında. Dərhal 102 xidmətinə zəng edib, Daxili işlər Nazirliyinə məlumat verib deyiblər araşdıracağıq, hələ də xəbər yoxdu. Suraxanı rayon İcra Hakimiyyətinə bildirib onlar da Bələdiyəyə yönəldiblər Bələdiyə o boyda bina tikənləri guya tapa bilmir. Bir çox Televiziya kanalları gəlib çəkib amma bina tikənlər görəndəki televiziya gəlir qaçırlar.
Bu adam maşennik qazi deyil, kimdənsə havayı pul istəyən qazi deyil sadəcə öz əməyi ilə öz işini quran, gecə gündüz çalışan bir adamdı belə bir adama qarşı bu münasibət sadəcə adamı təəssüfləndirir. O binatikən Məkan mtk dərhal adını dəyişib Fin mtk qoyub. Bu adamlar 8 noyabr zəfər bayramında küçələrdə bayraq yelləyənlərdi hansı ki, indi Müharibə iştirakçısının öz halal yerini belə dağıdıblar. Bu arada o qırılan avadanlıqlar Məşğulluq verdiyi üçün dövlət əmlakı sayılır.
Bu özbaşınalığa görə mütləq həmin insanlar cavab verməlidirlər". Qeyd: Dövlət Məşğulluq Agentliyindın və sözügedən MTK-dan məsələyə münasibət öyrənib mövzuya qayıdacağıq.
Seçilən
42
6
azadmedia.az

8Mənbələr