Sabunçu Tibb Mərkəzinin tabeliyindəki Maştağa Xəstəxanasına baş həkim təyin edilib.
E-saglam.az xəbər verir ki, bununla bağlı TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov müvafiq Əmr imzalayıb.
Əmrə əsasən, Namiq Nəbiyev Maştağa Xəstəxanasının baş həkimi təyin olunub.
Qeyd edək ki, N. Nəbiyev uzun illər Sabunçu Tibb Mərkəzinin Yoluxucu xəstəliklər şöbəsinin müdiri, həkim-infeksionist kimi fəaliyyət göstərib.
E-saglam.az