AZ

Rusiya və Türkiyədən Azərbaycana ən çox pul axını qeyd alınıb - AMB

2024-cü ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana pul köçürmələri üzrə Rusiya lider mövqedə olub.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika departamentinin direktoru Samir Nəsirov media brifinqində məlumat verib.

Samir Nəsirovun açıqlamasına görə, bu dövr ərzində Azərbaycana pul köçürmələri üzrə ilk beşlik aşağıdakı kimi formalaşıb:

  • Rusiya – 411 milyon dollar
  • Türkiyə – 130 milyon dollar
  • ABŞ – 48 milyon dollar
  • Gürcüstan – 27 milyon dollar
  • Böyük Britaniya – 26 milyon dollar

Bu göstəricilər Azərbaycana xaricdən edilən pul köçürmələrinin əsas mənbə ölkələrini və onların paylarını əks etdirir.

Fuad Mədətov
Fins.az

Seçilən
34
fins.az

1Mənbələr