AZ

Əsədin “edam edilən” qohumu haqda Kremldən açıqlama gəldi

Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov deyib ki, Kreml Suriya Ərəb Respublikasında baş verənləri diqqətlə izləyir, lakin Əsədin yaxın qohumunun edam edilməsi barədə məlumatı yoxdur.

Publika.az xəbər verir ki, Peskov bu barədə jurnalistlərlə söhbətində deyib.

“Biz ölkədəki vəziyyətə nəzarət edənlərlə əlaqə saxlayırıq”, - deyən Kreml spikeri Suriyada Rusiyanın hərbi bazası və diplomatik missiyası olduğu üçün bunun zəruri olduğunu qeyd edib. Peskovun sözlərinə görə, bu obyektlərin təhlükəsizliyinin təmin edilməsi məsələsi böyük əhəmiyyət kəsb edir.

Eyni zamanda o, Moskvanın Suriya müxalifət liderlərindən hansı ilə əlaqə saxladığını söyləməkdən və Suriyada qalan hərbçilərin sayını dəqiqləşdirməkdən imtina edib.

Seçilən
27
publika.az

1Mənbələr