AZ

Türk Ordusu Suriyadadırsa, bu erməniləri niyə həyəcanlandırır?-  Erməni politoloq gizlinləri açır

Heç kəsə sirr deyil ki, illərdən bəri ermənilərlə PKK terror təşkilatının Türkiyəni bölüb-parçalamağa cəhd göstərirlər. Bu ideyanın arxasında sionizm, imperializm və dərin güclər dayanır. Ermənilər Türkiyədən hazırkı Ermənistandan 4-5 dəfə böyük ərazi tələb edirlər. Təbii ki buna dəstək verən ABŞ və Avropadır.

Bütün Türkiyə bilir ki, PKK kənardan kürd hərəkatı kimi görünsə də, əslində gizli erməni təşkilatıdır və Anadolunu xristian torpağına çevirməyə, “Böyük Ermənistan” arzusunu reallaşdırmağa çalışır. O da sirr deyil ki, PKK-ın Türkiyədəki qolunun rəhbəri Abdullah Öcalanın atası ertmənidir. Belə ki, Abdullah Öcalanın doğulduğu kənd erməni kəndi olub və ailəsində onu Artin Akopyan adlandırıblar. Bundan başqa, Abdullah Öcalanın kürd dilini bilmədiyi də iddia edilir. Onun doğulduğu kənddə ermənilər məskunlaşıblar. 1915-ci il olayları zamanı kəndin əhalisi kürdləşib, sakinlər adlarını və dinlərini dəyişiblər. Türkiyədə minlərlə belə kənd var.

Yeri gəlmişkən, 2013-cü ildə Parisdə öldürülən PKK fəallarından biri - Sakinə Cansız da ermənidir. Bundan başqa 2016-cı ildə Türkiyədə PKK terror təşkilatına qarşı əməliyyatlarda zərərsizləşdirilən 7 snayperin Ermənistan ordusunun xüsusi təyinatlıları olduğu müəyyən edildi.
Hətta hazırda Türkiyədə HDP-nin həmsədri, kürdlərin lider olaraq qəbul etdiyi Səlahəddin Dəmirtaşın Aqor Sapşikyan adlı bir erməni olduğu iddia edilir. O bunu bütün fəaliyyəti dövründə Türkiyəyə bəslədiyi düşmənçiliklə təsdiq edib. Beləki, Səlahəddin Dəmirtaş dəfələrlə 24 apreldə verdiyi açıqlamada tarixin ən böyük soyqırımını türklərin ermənilərə yapdığını iddia etmiş və Türkiyəni ermənilərdən üzr istəyərək təzminat ödəməyə çağırmışdı.

Adalet.az xəbər verir ki, hazırda Suriyadakı hadisələr, xüsusən Türkiyə ordusunun fəaliyyətindən əməlli-başlı narahat olan ermənilər fikirlərini dilə gətirməkdən də çəkinmirlər. Beləki erməni politoloq Ara Poqosyan Türkiyəyönlü qüvvələr Türkiyənin birbaşa hərbi, maddi-texniki və təşkilati dəstəyi ilə təkcə Mambici deyil, həm də kürdlərin nəzarətində olan əsas zonaları ələ keçirəcəyini həyəcanla bildirib: ” Türkiyənin informasiya axınlarına görə, Dəməşqin alınmasında əsas məqsəd kürd qüvvələrini kürd bölgələrindən çıxarmaq və tərksilah etməkdir.
Bu, Türkiyənin əsas məqsədidir və Əsəd kürdlərə qarşı mübarizədə Türkiyə ilə müttəfiq olmağa (Ərdoğanın əlaltısına çevrilməyə) razılaşsaydı, yəqin ki, işlər bir az fərqli məcrada gedəcəkdi. Ä°ndi kürd qüvvələri çətin, son dərəcə çətin vəziyyətlə üz-üzədir...”-deyə politoloq qorxularını belə vurğulayıb.

Qeyd edək ki, 44 günlük müharibədə Azərbaycan Ordusuna təslim olan erməni əsgərləri PKK-çıların onlarla birlikdə döyüşdüyünü etiraf edib.

Əntiqə Rəşid

Seçilən
42
adalet.az

1Mənbələr