Suriya müxalifətinin apardığı uğurlu əməliyyatlar nəticəsində 61 illik Əsəd rejimi süqut edib. Rejimin lideri Bəşər Əsəd Rusiyaya qaçsa da, onun komandirlərindən çoxu ələ keçirilib.
KONKRET.az xarici mətbuata istinadən xəbər verir ki, 2013-cü ildə Suriyada vətəndaş müharibəsi zamanı 41 silahsız mülki vətəndaşı qətlə yetirən Əsəd rejiminin komandirlərindən biri olan Saleh Ər-Ras Əbu Montajib da ələ tutulub.
Montajibin başçılıq etdiyi hərbi kəşfiyyat birliyi, 2013-cü ildə Dəməşqin cənubundakı Tadamon rayonunda 41 mülki şəxsi “xəndək edamları” adlanan bir şəkildə öldürüb. İnsanlar əlləri və gözləri bağlı halda çuxurlara atılıb, orada betonla basdırılaraq və ya yandırılaraq həyatlarına son qoyulub.
Bu hadisə beynəlxalq insan hüquqları təşkilatlarının diqqətini yenidən Suriyadakı müharibə cinayətlərinə yönəldib. Montajib və onun törətdiyi cinayətlər müharibə cinayəti olaraq qiymətləndirilir və ədalət qarşısında cavab verməsi tələb olunur./Milli.Az