İngiltərənin "Liverpul" klubunun heyətində UEFA Çempionlar Liqasının qalibi olmuş Nabi Keyta Macarıstanın "Ferentsvaroş" komandası ilə müqavilə imzalayıb.


Rekord.az xəbər verir ki, o, "ağ-yaşıllar"da icarə əsasında çıxış edəcək.


29 yaşlı yarımmüdafiəçi müqavilə ilə Almaniyanın "Verder" klubuna məxsusdur.


Qvineyalı futbolçu 2018-ci ildə "Liverpul"un heyətində UEFA Çempionlar Liqasının qalibi olub.