AZ

Bu ilin 11 ayında ölkədə 5,5 milyon ton neft emal edilib

Bu ilin yanvar-noyabr ayları üzrə operativ məlumatlara əsasən, respublikada 26,5 milyon ton neft (kondensat ilə birlikdə) hasil edilib.

Energetika Nazirliyinin məlumatına görə, hasilatın 15,4 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 3,8 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,52 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensat ilə birlikdə) hasilatı 6,8 milyon ton təşkil edib.

11 ay ərzində 22,2 milyon ton neft (kondensat ilə birlikdə) ixraca nəql olunub. Bunun 19,2 milyon tonu konsorsiumların, 3 milyon tonu isə SOCAR-ın payına düşüb.

2024-cü ilin yanvar-noyabr aylarında neftin emalı 5,5 milyon ton təşkil edib.

Qeyd edək ki, cari ilin noyabr ayında respublika üzrə orta gündəlik neft hasilatı 80 771 ton təşkil edib. Bunun 65 885 tonu (486 min barel) xam neftin, 14 886 tonu orta gündəlik kondensat hasilatının payına düşüb.

phrase_var_article.chosen
35
18
vergiler.az

10phrase_var_article.sources