AZ

İraq Suriya əsgərlərini qaçqın kimi qəbul etməyəcək

İraq Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra ölkəyə sığınan rejim əsgərlərinə qaçqın statusu verməyəcəyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, təxminən 3 min suriyalı əsgər və zabit İraqa müvəqqəti qəbul edilsə də, onların ölkələrinə geri göndərilməsi planlaşdırılır.
Əsəd rejiminin devrilməsindən az əvvəl İraqa sığınan Suriya əsgərləri silahlarını sərhədçilərə təhvil verərək rəsmi icazələrlə ölkəyə daxil olublar.

Sərhəd qapısında qurulan çadırlarda əsas ehtiyacları qarşılanan əsgərlər daha sonra qərbdəki Ənbar vilayətinin Rütbe qəsəbəsindəki hərbi bazaya köçürülüb. Burada onların həm gündəlik ehtiyacları, həm də təhlükəsizliyi təmin edilir.

İraq rəsmiləri açıq şəkildə bildirirlər ki, bu əsgərlərin ölkədə qaçqın statusu ilə qalması planı yoxdur.

Əsgərlərin müvəqqəti olaraq İraq ərazisində yerləşdirildiyi və Suriyada vəziyyət sabitləşdikdən sonra geri göndəriləcəyi bildirilib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
27
turkustan.az

1Mənbələr