“Suriyada hökumət əleyhinə silahlı qruplaşmalar Dəməşqə yaxınlaşdıqda Rusiya prezident Bəşər Əsədə və onun ailəsinə təhlükəsiz təxliyə təklif edib”.Bu barədə məlumatı öz mənbələrinə istinadən “Bloomberg” agentliyi yayıb.Agentliyin adı açıqlanmayan mənbələrinin sözlərinə görə, Bəşər Əsədə Suriyanı tərk etməyə Rusiya kəşfiyyatı kömək edib.Bildirilib ki, Suriyanın keçmiş prezidenti avibaza vasitəsilə ölkədən çıxarılaraq Rusiyaya aparılıb: “Təyyarə izlənilməsin deyə onun transponderi söndürülüb. Rusiya sabiq prezidenti əmin edib ki, o, silahlı qruplaşmalarla mübarizədə məğlub olacaq”.Qeyd edək ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə Rusiyanın Bəşər Əsədin təxliyəsinə yardımla bağlı suala cavab verərkən deyib: “Humanitar jest çərçivəsində zəruri həcmdə yardım göstərilib”. Bununla belə, o, məsələnin detallarını açıqlaya bilməyəcəyini vurğulayıb.Onu da xatırladaq ki, dekabrın 8-də Suriyada müxalif qüvvələr hakimiyyəti ələ keçirdiklərini və Bəşər Əsədin ölkəni tərk etdiyini açıqlayıblar. Belə iddia olunub ki, o, Dəməşqi təyyarə ilə tərk edib, onun göyərtəsində olduğu hava gəmisi isə radarlardan itib. Daha sonra Bəşər Əsəd və ailəsinin Rusiyadan siyasi sığınacaq aldığı məlum olub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta