AZ

Nəsiminin məzarı Azərbaycana gətirilir?

Suriyada vətəndaş müharibəsinin son vaxtlar yenidən alovlanması və bu ölkənin Hələb şəhərinin əldən-ələ keçməsi Azərbaycanın görkəmli şair və mütəfəkkiri İmadəddin Nəsiminin məzarını da gündəmə gətirib. 

Məlum olduğu kimi, İmadəddin Nəsiminin məzarı Suriyanın Hələb şəhərində yerləşir.

Noyabrın 30-da Suriyadakı “Heyət Təhrir əl-Şam” müxalif silahlı qruplaşması Hələbə nəzarəti ələ keçirərkən Bəşər Əsəd rejimininin şəhərdəki hərbi qüvvələri ilə döyüşlər gedib. Suriya mənbələrindəki məlumatlara görə, döyüşlər zamanı Hələbdəki tikililərə də ciddi ziyan dəyib, dağıntılar olub.

Suriyadakı hərbi münaqişələr fonunda Nəsiminin məqbərəsinin taleyi Azərbaycan cəmiyyətində narahatlıq doğurur.

Maraqlıdır, Azərbaycan şairi İmadəddin Nəsiminin böyük dağıntılara məruz qalmış Hələb şəhərindəki məqbərəsi də ziyan çəkibmi? Ümumiyyətlə, Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarındanın məzarı ökəmizə gətirilə bilər?

Mövzu ilə bağlı “Cebheinfo.az” Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, institutun “Nəsimi qrupu”nun rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Şıxıyeva bildirib ki, İmadəddin Nəsiminin məzarının köçürülməsi ilə bağlı fikirlər cəfəngiyyatdır.

Onun sözlərinə görə, hazırda İmadəddin Nəsiminin məzarı məscidin həyətində yerləşir:

“Suriyada illərdir vətəndaş müharibəsi gedir. Bu məsələ dəfələrlə gündəmə gəlib, mən də bunun əleyhinə çıxışam. Müharibə olacaq və bitəcək. İmadəddin Nəsiminin türbəsinin dağıdılması ilə bağlı narahatlıq əvvəllər də yaranmışdı.

Bildirim ki, 2019-cu ildə Bakıda “Nəsimi ili” çərçivəsində keçirilən tədbirə onun nəslindən olan, Nəsimi soyadını daşıyan şəxslər konfransa dəvət olunmuşdular. O zaman mən tərcüməçi vasitəsiylə Hələb şəhərində yerləşir İmadəddin Nəsiminin məzarı nə vəziyyətdə olduğunu onlardan soruşdum. Dedilər ki, məzarın bir neçə yerinə güllə dəyib, ciddi dağıntı yoxdu, türbə tamamilə dağıdılmayıb”.

Səadət Şıxıyeva qeyd edib ki, Nəsiminin məzarının Azərbaycana gətirilməsi absurd bir fikirdir:

“İndi bəzi məlumatları vermişəm, araşdırırlar. Hazırda Azərbaycanın Suriyada səfirliyi yoxdur. Amma zamanında Azərbaycanın Suriyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışmış Mahir Əliyevdə Nəsiminin qohumlarının koordinatları var. O, Suriyada səfir olanda onlarla əlaqə saxlamışdı. Mən özüm də orada səfərdə olmuşdum.

Bu gün Nəsiminin məzarının Azərbaycana gətirilməsinə nə ehtiyac var? Onun oğlunun və qohumlarının məzarı oradadır. Nəsiminin həyatı Hələbdə keçib. Nə İslam əxlaqı baxımından, nə də tarix baxımından bu, doğru deyil. Zamanla Azərbaycan şairi Məhəmməd Füzuli ilə də bağlı bu baş verdi. Hazırda Füzulinin məzarı ziyarətgaha çevrilib”.

Seçilən
87
2
cebheinfo.az

3Mənbələr