AZ

Ölkənin xalis maliyyə aktivləri ARTDI

2024-cü ilin 9 ayı üzrə ölkənin xalis maliyyə aktivləri 1 milyard 390,9 milyon dollar artıb.

Bizim.Media xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.
 

Qeyd edilib ki, bu göstərici xaricə yönəldilmiş birbaşa investisiyalar (584 milyon dollar), portfel investisiyaları (724,5 milyon dollar) və digər investisiyalar (82,4 milyon dollar) hesabına formalaşıb.


Hesabat dövründə ölkənin xalis maliyyə öhdəlikləri isə 2 milyard 179,6 milyon dollar azalıb ki, bu da xaricdən cəlb olunmuş birbaşa investisiyalar (-235,6 milyon dollar), neft bonusu (457,8 milyon dollar), portfel investisiyaları (-960,6 milyon dollar) və digər investisiyalar (-1 441,2 milyon dollar) hesabına formalaşıb.

Bizim.Media

Seçilən
14
6
bizim.media

7Mənbələr