AZ

Azərbaycanda bu məhsullar KƏSKİN BAHALAŞDI - SİYAHI

Azərbaycanda noyabrda bəzi ərzaq mallarının qiymətində ciddi artım baş verib.

 

Ekologiya.az  Dövlət Statistika Komitəsinin qiymət müayinəsinə istinadən xəbər verir ki, noyabrda daha çox yumurta bahalaşıb.

 

Yumurtanın qiyməti orta hesabla 11,7 faiz artıb. Bu bahalaşmadan sonra 10 ədəd yumurtanın qiyməti 1,8 manata çatıb, oktyabrda isə 1,6 manata satılırdı.

 

Yumurta ilə yanaşı, tərəvəz məhsullarında da ciddi qiymət artımı olub. Ümumilikdə tərəvəzlər 6,7 faiz bahalaşıb.


Tərəvəzlərdən daha çox bahalaşma ağ kələmdə, göyərtilərdə, pomidorda, xiyarda, şirin bibərdə, badımcanda, sarımsaqda, soğanda və kartofda müşahidə edilib.

 

Nəzərə çarpan bahalaşma yağlarda da olub. Ay ərzində yağlar 1,4 faiz artıb.

Seçilən
16
1
ekologiya.az

2Mənbələr