AZ

“İsrail Suriyadakı son hadisələrdə rolunu açıq şəkildə etiraf edir”

İsrail rəhbərliyi Suriyadakı son hadisələrdə iştirakını gizlətmir və bunu açıq şəkildə etiraf edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinq zamanı bildirib.

“İsrail rəhbərliyi bu hadisələrdə öz rolundan açıq danışır. Təbii ki, təkrar edirəm, əlavə amillər də var, lakin bu, İsrail rəhbərliyinin Suriyadakı hadisələrdə iştirakı ilə bağlı birbaşa və açıq şəkildə bəyan etdiyi mövqedir. Onlar hətta belə deyillər və gizlətməyə çalışmırlar”, - diplomat bildirib.

Zaxarova ABŞ-ın Suriyadakı vəziyyəti daha da pisləşdirdiyini, bu ölkəyə və xalqına qarşı illərdir qəsdən sanksiyalar tətbiq etdiyini qeyd edib.

"İndi ABŞ iddia edir ki, hadisələr hansısa şəkildə insanların sosial və iqtisadi vəziyyətdən narazılığı ilə bağlıdır. Bu sosial və iqtisadi vəziyyəti ilk növbədə əsasən ABŞ yaradıb", - sözçü vurğulayıb.

Seçilən
44
operativmm.az

1Mənbələr