AZ

Elçibəyin evi qarət olunub

Bəzi əşyalar aparılıb, ona məxsus maşına ziyan vurulub

Keçmiş prezident Əbülfəz Elçibəyin evindən oğurluq olub. 

Hadisə Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Əlixanov küçəsi, 38 ünvanında yerləşən fərdi yaşayış evində baş verib.

Məlumata görə, hadisə nəticəsində evdən bir sıra əşyalar oğurlanmaqla yanaşı, həm də Əbülfəz Elçibəyə məxsus olmuş avtomobilə ziyan vurulub: "Maşının müəyyən hissələrini çıxarmağa çalışıb, ona ziyan vurub”.

Meydan TV-nin əldə etdiyi məlumata görə, Əbülfəz Elçibəyin evindən oğurluğa görə bir nəfər həbs edilib. 

Səmid Cəfərov adlı şəxsə Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsilə ittiham verilib. 

Onun bu ittihama münasibəti, özünü təqsirli bilib-bilmədiyi məlum deyil.

Sözügedən hadisə ilə əlaqədar Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar davam edir.
Seçilən
37
50
arqument.az

10Mənbələr