AZ

Sednaya həbsxanası – Əsəd rejiminin insan sallaqxanası

Bakı, TurkicWorld\ArabAZ

Dəməşqdən 30 km aralıda yerləşən Sednaya Hərbi Həbsxana binasının yeraltı mərtəbələrində gizli bölmələrin olması və bu gizli bölmələrdə hələ də insanların ola biləcəyi şübhəsi ilə axtarış işləri davam edir.

İtkin qohumları olan minlərlə suriyalı Sednayanın qarşısında ümidlə gözləyir.

İllərdir itkin düşən qohumlarını axtaran minlərlə suriyalı yeraltı gizli bölmələrin axtarıldığı Sednaya Hərbi Həbsxanasının binası qarşısına toplaşıb.

Burada 30 mindən çox insanın vəhşicəsinə qətl edildiyi təxmin edilir.

İnsanların Sednayadan sərbəst buraxıldığı anın görüntülərində anaları ilə həbsxanadan çıxan azyaşlı uşaqların və işgəncə nəticəsində əlil olanların olduğu görülüb.
2011-2018-ci illər arasında Sednayada 30 mindən çox insan işgəncə, tibbi yardımın olmaması və ya aclıq nəticəsində öldürülüb və ya ölüb; 2018-2021-ci illər arasında Sednayada ən azı 500 daha çox insanın öldürüldüyü təxmin edilir.

Seçilən
36
turkic.world

1Mənbələr