Kabildə kamikadze hücumu olub.

Leqal.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmiləri bildiriblər.

Bildirilib ki, partlayış Qaçqınlar Nazirliyində baş verib.

Hadisə nəticəsində Talibanın qaçqınlar üzrə naziri Xəlil Haqqani ölüb.

Partlayışa görə məsuliyyəti üzərinə götürən olmayıb.

Leqal.info