AZ

Suriyada üsyançılar Bəşər Əsədin atasının məzarını dağıtdı – Video


Suriyada hakimiyyəti ələ keçirən üsyançılar ölkənin şimal-qərbindəki Latakiya əyalətindəki Qardahda devrilmiş Bəşər Əsədin atası, keçmiş prezident Hafiz Əsədin məqbərəsini dağıdıblar.
Yeniavaz.com
xəbər verir ki, sosial şəbəkələrdə silahlı şəxslərin yanğın fonunda şüarlar səsləndirdiyi video yayımlayıb.
AFP-nin videosunda məqbərənin bəzi hissələrinin yandığı və Hafizin məzarının yandırılaraq dağıdıldığı görünür.
Əsəd sülaləsinin məmləkətində yerləşən həmin məzarda hakimiyyəti atasından miras almalı olan, lakin 1994-cü ildə avtomobil qəzasında dünyasını dəyişən Bəşər Əsədin böyük qardaşı Basil Əsəd də dəfn edilib.
Xatırladaq ki, Hafiz Əsəd ölkəyə 1971-ci ildən 2000-ci ilə qədər təxminən 30 il rəhbərlik edib. Sonra oğlu Bəşər Əsəd prezident olub və 25 ilə yaxın hakimiyyətdə qalıb. Üsyançılar hakimiyyəti ələ keçirdikcə, ölkə boyu onun və oğlu Bəşər Əsədin heykəlləri və plakatları sökülüb.
Seçilən
15
1
yeniavaz.com

2Mənbələr