AZ

Futbolçu oyun zamanı baş məşqçiyə hücum etdi - VİDEO

Misir Premyer Liqasında matçda əvəzlənməyə etiraz edən misirli futbolçu məşqçiyə hücum edib.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, El Mansuranın futbolçusu Əhməd Abdel Vahid Şahin komandasının Əl-Mokavlun Əl-Arabla oyunu zamanı əvəzlənməyə sərt reaksiya verib. 

Hadisə oyunun 60-cı dəqiqəsində Abdel Vahedin əvəzetmə ilə meydana daxil olmasından sonra baş verib. Cəmi 10 dəqiqə sonra baş məşqçi onu yenidən əvəz etmək qərarına gəlib.

Bu qərar Abdel Vahedin kəskin etirazına səbəb olub. Göz yaşları içində meydanı tərk edən futbolçu əsəblərinə hakim ola bilməyərək baş məşqçiyə hücum edib.

Hadisədən sonra futbolçunun qardaşı onun adından menecerdən və klubun azarkeşlərindən üzr istəyib. 

Fidan
Milli.Az

Seçilən
24
1
milli.az

2Mənbələr