Amerikalı sahibkar İlon Maskın sərvəti 400 milyard dolları keçərək onu dünyanın ən zəngin insanı edib.
Heftelik.az-ın xəbərinə görə, bu barədə “Bloomberg“ məlumat yayıb.
Qeyd edilib ki, Maskın xalis sərvəti “SpaceX” insayder razılaşmasından sonra 439,2 dollara çatıb.
Hazırda Maskın “kosmik” startapı 350 milyard dollar dəyərində qiymətləndirilir.