AZ

İzləyici televiziyada hansı verilişləri görmək istəyir? - DİQQƏT

Bəzi televiziya verilişləri var ki, tamaşaçılarda kin, nifrət, aqresiyya yaradır. 

Digər qrup verilişlər isə boşanmanı, ailə dağılmasını təbliğ edir, insanlara “müasirlik” adı altında başqa nüansları açır. 

Maraqlıdır, televiziyada hansı verilişlər yığışmalıdır?

Bu barədə Hit.az-a açıqlama verən sosioloq Lalə Qarayeva deyib ki, televiziyalarda hansı verilişlərin yığışması ilə bağlı fikir çox zaman şəxsi baxışlara, cəmiyyətin tələblərinə və verilişlərin keyfiyyətinə görə dəyişir:

“Ancaq bəzi verilişlər cəmiyyətdə geniş müzakirələrə səbəb olub və izləyicilərdən tənqidlər alıb. Ad çəkməyəcəm, amma bəzi verilişlər, xüsusilə reallıq şouları və sərbəst müzakirə proqramları, təhqiramiz, qeyri-etik və ya manipulyasiya edən kontent təqdim edə bilər. Belə proqramlar gənc izləyicilər üzərində mənfi təsir göstərə bilər. Bəzi televiziya proqramları və seriallar şiddəti, təcavüzü və ya alkoqol və narkotiklərin istifadəsini təbliğ edir. Bu, cəmiyyətin sağlam inkişafına mənfi təsir göstərir. Qeyri-ünsiyyətli reallıq şouları real həyatdan uzaq, saxta münaqişələr və qalmaqallarla izləyici cəlb etməyə çalışır. 

Eyni zamanda, televiziya kanallarında çox sayda reklam və kommersiya məqsədli verilişlər izləyicini narahat edə bilər. Televiziya proqramlarının reklamlarla dolması və əsas məzmunu kölgə salır. Nəticədə televiziya rəhbəri izləyici itirir".

Murad

Seçilən
37
hit.az

1Mənbələr