Prezident İlham Əliyevin nəvələri Əli və Mikayıl Ağalarov Bakıda səfərdə olan ABŞ-nin “İnter Mayami” klubunun futbolçuları – Lionel Messi, Luis Suares, Serxio Buskets və Jordi Alba ilə bir araya gəliblər.
Onlar bu barədə görüntüləri İnstaqram hesablarında paylaşıblar.
Qeyd edək ki, Messi, Suares, Buskets dekabrın 11-də Bakı Kristal Zalında baş tutacaq görüşdə iştirak edəcəklər.