“Ximki” futbol klubunun investoru, azərbaycanlı iş adamı Tufan Sadıqov FTX əməkdaşları tərəfindən saxlanılıb.
Ölkə.Az xəbər verir ki, O, ilkin olaraq “Dələduzluq” maddəsi ilə şübhəli bilinir.
Yayılan məlumata görə, Sadıqovun barəsində hələlik həbs qətimkan tədbiri seçilməyib. Eyni zamanda, hadisənin futbolla deyil, Sadıqovun Moskva vilayətində tikinti biznesi ilə bağlı olduğu iddia edilir.
Lakin hazırda məlumat rəsmi təsdiqini tapmayıb.//APA