AZ

Daxili Qoşunların Hərbi İnstitutunda Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının Hərbi İnstitutunda Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.


DİN-in mətbuat xidmətindən Ekologiya.az-a verilən məlumata görə, tədbirdə Polis Akademiyasının, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının, Fövqəladə Hallar Nazirliyinin Akademiyasının, Dövlət Gömrük Komitəsinin, Müdafiə Nazirliyinin təhsil müəssisələrinin, Milli Aviasiya, eləcə də Dövlət Dəniz akademiyalarının, respublikamızın bir sıra dövlət qurumlarının və ali təhsil müəssisələrinin nümayəndələri, kursant və tələbələri iştirak ediblər.


Tədbir iştirakçıları tərəfindən Hərbi İnstitutda “Şəhidlər abidəsi”nin önünə gül dəstələri qoyulduqdan sonra, konfrans zalında Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.


Çıxış edən şəxslər Ulu Öndərin bütövlükdə müasir Azərbaycanın qurulmasında, onun müstəqilliyinin, iqtisadi-siyasi əsaslarının, dövlətçilik ənənələrinin möhkəmləndirilməsində və inkişafında, hüquqi, demokratik və dünyəvi dövlət kimi imicinin yüksəldilməsində əvəzsiz rolundan danışıblar. Dahi şəxsiyyətin müqəddəs ideyalarının bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyi xüsusi vurğulanıb.


Tədbir çərçivəsində Daxili Qoşunların Hərbi İnstitutunun təşəbbüsü ilə elan olunmuş “Heydər Əliyevin izində Vətən sevgisi” adlı yazı müsabiqəsinin qalibləri səhnəyə dəvət olunaraq, fərman və qiymətli hədiyyələrlə təltif ediliblər.

Sonda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.

Seçilən
19
4
ekologiya.az

5Mənbələr