Dünən axşam saatlarında İrəvanın “Zvartnots” hava limanından qalxan təyyarə Bakıya enib.Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə “Sputnik Armenia” bildirib. Məlumata görə, dekabrın 11-də saat 17:00-da İrəvandan Bakıya “Enter Air” aviaşirkətinin təyyarəsi qalxıb.“Hava gəmisi”nin göyərtəsində NATO Müdafiə Kollecinin kursantlarının olduğu güman edilir.Bundan əvvəl Ermənistan Müdafiə Nazirliyi kollecin rəhbəri general-leytenant Maks Nilsenin rəhbərlik etdiyi nümayəndə heyətinin dekabrın 10-11-də Ermənistanda səfərdə olduğunu bildirmişdi. O, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, Xarici İşlər Nazirliyi və Təhlükəsizlik Şurasının nümayəndələri ilə görüşlər keçirib.Qeyd olunur ki, “Enter Air”in çarter reysi bir gün əvvəl - dekabrın 9-da kollecin yerləşdiyi Romadan İrəvana gəlib.