AZ

Qaradağda Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb

Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki "Meyvəli" Ticarət Mərkəzində Ulu Öndər Heydər Əliyevin vəfatının 21 illiyi ilə əlaqədar anım mərasimi təşkil olunub.

Tədbirin başlanğıcında Ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimi açan "Meyvəli" Ticarət Mərkəzinin direktoru Əbülfət Qocayev dahi rəhbərin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə respublikamızın əldə etdiyi uğurlardan danışaraq bugünkü sabitlik və inkişafın əsaslarının məhz onun dövründə qoyulduğunu, həmin siyasi kursun hazırkı Azərbaycan prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.

Tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev çıxış edərək müasir dünyada baş verən proseslərə diqqəti çəkib və Azərbaycanın da 1990-1993-cü illərdə Suriya, Ukrayna, Gürcüstan və s. dövlətlərin vəziyyətində olduğunu, lakin Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra onun müəyyən etdiyi siyasi kurs və həmin kursun uğurla davamı nəticəsində 44 günlük II Qrabağ - Vətən Müharibəsində ölkəmizin işğal altında olan 20 faizdən çox torpaqlarının azad edildiyini, qalib ölkə olaraq bütün azad olunmuş rayon və şəhərlərimizə, o cümlədən Xankəndinə Azərbaycanın üçrəngli Dövlət Bayrağının sancıldığını, dövlətimizin ərazi bütövlüyü və suverenliyinin tam bərpa olunduğunu, COP29 və digər bu kimi möhtəşəm beynəlxalq konfransların ölkəmizdə keçirildiyini bildirib.

Seçilən
4
2
yeniazerbaycan.com

3Mənbələr