Tayvan Müdafiə Nazirliyinin sosial media platformasındakı hesabından edilən şərhdə, təyyarənin “Hava Hücumundan Müdafiə Tanıma Bölgəsi” olaraq elan edilən bölgənin şimal, cənub-qərb və şərq hissələrində uçuşlar etdiyi bildirilib.
İndex.az xəbər verir ki, açıqlamada, adanın ətrafında Çin donanmasına aid 16 döyüş gəmisinin də aşkar edildiyi bildirilib.
Nazirlik həftənin əvvəlindəki yazısında Çin Xalq Azadlıq Ordusunun Tayvan adasının əks sahilindəki Cijiang və Fujien əyalətlərinin şərqindəki 7 hava məkanını bağladığını və AXC-nin dəniz elementlərinin Şərq, Şimal və Cənub Cəbhəsi Komandanlıqları, sahil mühafizə gəmiləri ilə birlikdə Tayvan Boğazı ətrafında olub və Qərbi Sakit Okeandakı sulara girdiyini təsbit edib.
Ehtimal olunur ki, hərbi fəaliyyət ada ətrafında təlimdən xəbər verə bilər. Çin Tayvan lideri Lai Çinq-tenin keçən həftə Sakit okeanın ada ölkələri olan Marşal adaları, Tuvalu və Palauya səfəri, ABŞ-ın Havay və Quam adalarında dayanaraq orada danışıqlar aparmasına reaksiya verib.
Çinin ərazisinin bir hissəsi olduğunu iddia etdiyi Tayvan 1949-cu ildən de-fakto müstəqilliyə malikdir. Çin və Tayvan arasında vətəndaş müharibəsindən sonra ortaya çıxan ayrılma və suverenlik mübahisəsi davam edir.
Son illərdə Tayvana hərbi təzyiqləri artıran Pekin administrasiyası, adanın materiklə birləşdirilməsi üçün lazım gələrsə, güc tətbiqini istisna etməyəcəyini vurğulayır.