AZ

Cənubi Koreya prezidenti sona qədər mübarizə aparacaq...

Cənubi Koreya prezidenti Yun Sok Yol ona qarşı üsyan və vətənə xəyanət şübhəsi ilə açılan istintaqı şərh edərək, sona qədər mübarizə aparmaq niyyətində olduğunu bildirib...

Poliqon xəbər verir ki, rəsmi televiziya müraciətində o, könüllü istefasını rədd edib, milləti qorumaq və hökumət işlərini normallaşdırmaq üçün keçən həftə hərbi vəziyyət elan etdiyini bildirib.

Prezidentin sözlərinə görə, hərbi vəziyyətin tətbiqi qərarını üsyan hesab etmək olmaz, çünki bu yolla o, ölkəni qorumağa çalışıb. O, iddia edib ki, belə bir qərar prezidentin səlahiyyətlərinə və dövlət idarəçiliyinin aktına aiddir və buna görə də hüquqi yoxlama predmeti ola bilməz.

Qeyd edək ki, müxalifət yeni impiçment təklifini dekabrın 14-də səsverməyə çıxarmağı planlaşdırır. Keçən həftə impiçmentlə bağlı ilk səsvermədən əvvəl dövlət başçısı prezidentlik müddətinin gələcək taleyi ilə bağlı qərarı hakim partiyaya həvalə etdiyini bildirmişdi. Partiya rəhbərliyi isə öz növbəsində prezidentin nəzarət altında vaxtından əvvəl istefasını müdafiə edib.

Yun Sok Yol dekabrın 3-də hərbi vəziyyət tətbiq edib və bunu parlamentə nəzarət edən Şimali Koreyayönlü müxalifətin konstitusiya quruluşunu pozmaq cəhdlərinin qarşısını almaq üçün zəruri olduğunu izah edib. Altı saat sonra parlament bunun əleyhinə səs verdiyi üçün hərbi vəziyyət ləğv edilib. İstintaq həmçinin keçmiş müdafiə naziri Kim Yonq Hyuna qarşı da aparılır, onun prezidentə hərbi vəziyyət tətbiq etməyi təklif etdiyi güman edilir. Dekabrın 11-nə keçən gecə o, istintaq təcridxanasında intihara cəhd edib.

Poliqon.info

Seçilən
27
poliqon.info

1Mənbələr