Canlı efirdə jurnalist Anar Vəziroğlu və meyxanaçı Rüfət Nasosnu arasında dava düşüb. Hadisə ATV-nin efirində yayımlanan "Gün ortası" verilişində baş verib.
Buna səbəb Rüfət Nasosnunun repertuarında olan "Bağışla, ömrüm, bağışla" mahnısı olub. Jurnalist "Yaşı 70-ə çatıb, özü də 18 yaşlı qızın görüşünə gedib. Sən yaxşı oğlansan, amma milləti pozursan" deyə Rüfət Nasosnuya irad bildirib.
Məsələ ilə bağlı Rüfət Nasosnunun fikirlərini öyrəndik. Meyxanaçı Qaynarinfo-ya açıqlamasında bildirib ki, mübahisə 30 manatın üstündə düşüb:
"Anar Vəziroğlu şoumendir. Dava elə-belə, 30 manatın üstündə olub. Anar hara, mən hara? 30 manat alır, neyləsin?".
Bahar Rüstəmli