ATV telekanalında yayımlanan “Gün ortası” verilişində canlı yayımda qonaqlar arasında mübahisə düşüb.
Mübahisə zamanı fəlsəfə doktoru Anar Vəziroğlu əsəblərini idarə edə bilməyib. O, meyxanaçı Rüfət Nasosnuya yazdığı sözlərə görə etiraz edib.
Meyxanaçı gərginliyə baxmayaraq, soyuqqanlılığını qoruyub saxlamağı bacarıb.