Bakıda 30 yaşlı qadın dəm qazından boğulub.
Leqal.info xəbər verir ki, hadisə dekabrın 11-i saat 9 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsində baş verib. 1994-cü il təvəllüdlü Elnurə Vilayət qızı Abbasova qəsəbə ərazisində Ü.Hacıbəyov küçəsindəki evin hamamında dəm qazından zəhərlənərək ölüb.
Binəqədi rayonunda isə dekabrın 12-də gecə saat 1 radələrində 1966-cı il təvəllüdlü İbrahimova Vəfa Nəcəf qızı dəm qazından boğulub.
Hadisə 28 May qəsəbəsində evdə baş verib. 58 yaşlı qadın evin hamamında dəm qazından zəhərlənərək ölüb.
Leqal.info
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta