AZ

Suriya böhranı Azərbaycanı fəal vasitəçiliyə sövq edir

Bakı. Trend:

2011-ci ildə başlayan və hələ də davam edən Suriya böhranınınaradan qaldırılması indi region dövlətlərinin qarşısında duran ənvacib məsələlərdən biridir. Bir çox hallarda qlobal güclərinmaraqlarının toqquşduğu Suriya böhranı ötən dövrdə daha dadərinləşərək bir sıra regional problemlərin də həlli zərurətiniyaradıb. Müharibənin ağır nəticələrindən tutmuş humanitarproblemlərə qədər ağır fəsadlarla qarşılaşan region dövlətləri indiSuriya böhranına son qoymaqla əslində öz milli təhlükəsizliklərinintəmin olunmasına çalışırlar. Hazırda bu sırada Türkiyə və İsrailinaktiv fəaliyyəti diqqəti cəlb edir.

Lakin məlumdur ki, İsrailin Qəzzada həyata keçirdiyi hərbiəməliyyatlardan sonra ən pis dövrünü yaşayan Türkiyə-İsrailmünasibətləri qarşılıqlı dialoqu və diplomatik təmasları mümkünsüzedib. Bu baxımdan Azərbaycanın həm Türkiyə, həm də İsrail iləinkişaf etdirilən diplomatik əlaqələrdən istifadə edərək Suriyaböhranının aradan qaldırılmasında vasitəçi rolunu oynamaqpotensialı yüksək qiymətləndirilməlidir. Bu, həm də onun beynəlxalqnüfuzunu artıran mühüm bir addım kimi diqqəti cəlb edir.

Azərbaycanın vasitəçilik rolu həm tarixi əlaqələri, həm dəgeosiyasi mövqeyi ilə sıx bağlıdır. Ölkə Şərq və Qərb arasındastrateji mövqedə yerləşir və bu, onu regional gərginliklərinhəllində potensial vasitəçi edən amillərdən biridir. Digər tərəfdənErmənistan-Azərbaycan münaqişəsi və rəsmi Bakının münaqişəninhəllindəki təcrübəsi nəzərə alınmalıdır. Bununla yanaşı,Azərbaycanın həm Türkiyə, həm də İsrail ilə güclü diplomatikəlaqələri onun Suriya böhranında mühüm bir oyunçuya çevrilməsi üçüntəkanverici qüvvədir.

Türkiyə və İsrail Suriya böhranı ilə bağlı müxtəlif səbəblərdənfərqli yanaşmalar sərgiləsələr də hər iki ölkə Suriyada başverənləri diqqətlə izləyir və öz maraqlarını qorumaq üçün müvafiqaddımlar atırlar. Türkiyə Suriyada əsasən kürd qruplaşmaları iləmübarizə aparan ölkə kimi öz təhlükəsizliyini təmin etməyə çalışır.Eyni zamanda, İsrail də Suriyada İranın artan təsirinin qarşısınıalmaq istəyir və son hadisələr göstərir ki, bu müstəvidə Təl-Əvivbir çox niyyətlərinə nail olub. Lakin əsas məsələ atılacaqaddımların Türkiyə ilə koordinasiyalı şəkildə həyatakeçirilməsidir. Diplomatik əlaqələr kəsildiyindən ən etibarlı kanalkimi Azərbaycanın imkanları yüksəlib və bu hər iki tərəfə özplanlarını əlaqələndirmək, ümumi problemləri birgə səylərlə aradanqaldırmaq üçün güclü vasitədir.

Onu da qeyd etmək lazımdır ki, Azərbaycanın xarici siyasətindəəsas prioritetlərdən biri regionda sabitliyin təmin edilməsidir.Suriya böhranının regional təhlükəsizliyə təsiri Azərbaycanı buməsələdə fəal rol oynamağa sövq edib. Eyni zamanda, Azərbaycanınhəm Türkiyə, həm də İsrail ilə münasibətlərinin güclənməsi, onunSuriyadakı münaqişə ilə əlaqədar təkliflər və həll yolları irəlisürməsində etibarlı bir tərəfdaş olmasına imkan yaradıb. Bununlayanaşı, Azərbaycanın vasitəçilik səyləri, xüsusilə də humanitarməsələlər Suriyadakı qaçqınların vəziyyətinin yaxşılaşdırılmasıistiqamətində tədbirləri gücləndirə bilər. Çox güman ki, qarşıdakıdövrdə Azərbaycanın vasitəçilik səyləri ilə genişmiqyaslı humanitarprosesin şahidi olacağıq. Beynəlxalq qüvvələrin bu prosesdə fəaliştirakı isə vəziyyətin tezliklə normalaşmasına gətirib çıxarabilər.

MTM Analitik Qrup

Seçilən
19
az.trend.az

1Mənbələr