Gürcüstan parlamenti Baş nazir İrakli Kobaxidze, hakim “Gürcü arzusu” partiyasının fəxri sədri Bidzina İvanişvili və Gürcüstan prezidentliyinə namizəd Mixail Kavelaşvilinin də daxil olduğu səkkiz deputatın səlahiyyətlərinə xitam verilməsi barədə qərarları təsdiqləyib.
Gürcüstan KİV-ə istinadən xəbər verilir ki, parlament həmçinin Maki Boçorişvili, Anri Oxanaşvili, Mariam Kvrivişvili, David Sonqulaşvili və İrakli Qaribaşvilinin səlahiyyətlərinə xitam verilməsinə səs verib.
Eyni zamanda, Kobaxidze, Boçorişvili, Oxanaşvili, Sonqulaşvili, Kvrivişvili və Kavelaşvilinin səlahiyyətlərinə xitam verilməsinə əsas kimi deputat vəzifəsinin tutduqları vəzifə ilə uyğunsuzluğu göstərilib. İvanişvili və Qaribaşivliyə gəlincə, onlar öz istəkləri ilə deputat mandatlarını tərk ediblər.
Gülayə Mecid
Mənbə: unikal.az