AZ

ABŞ Suriyada YPG-nin "əl"i ilə yeni "teatr" hazırlayır - "PKK-lılar əyinlərinə İŞİD geyimi geyinərək..."

Suriyada ABŞ-ın birbaşa dəstəyi ilə 14 ildir neftlə zəngin bölgələri işğalda saxlayan PKK/YPG terrorçuları müxaliflərin iqtidarı ələ keçirməsindən sona təlaşlanmağa başlayıblar.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, müxaliflərin iki gün içində YPG-nin nəzarətində olan Menbiç və  Deyr əz-Zoru təmizləməsindən sonra hədəfin Rakka olmasını elan etməsi terror qruplaşmasını yeni "teatr" qurmağa məcbur edib.

Məlumata görə, Suriyada mövqelərini itirməyə başlayan PKK/YPG terrorçuları ABŞ-la birlikdə yeni teatra hazırlaşır: "Onlar İŞİD terrorçularının paltarını geyinərək, dünyaya "baxın, burada hələ də İŞİD var, onlar bitməyib” görüntüsü yaratmaq və bununla da ABŞ-ın Rakkaya ühcuma hazırlaşan müxalifləri bombalamasına nail olmaq istəyirlər. YPG qüvvələri anlayır ki, Türkiyənin dəstəklədiyi Suriya Milli Ordusunun qarşısını başqa cür almaları mümkün deyil. Ona görə, onlar istənilən artistliyə, şouya əl atmaqdan çəkinməyəcəklərini nümayiş etdirməyə başlayıblar".

Zülfiyyə Mustafayeva

MİA.AZ

Seçilən
13
50
mia.az

10Mənbələr